...

Bakının daha iki küçəsi sürücülərin ixtiyarına verildi (FOTO)

Cəmiyyət Materials 4 İyun 2015 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət/

Bakının Binəqədi rayonunda iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərini davam etdirir. Bu çərçivədə Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi - Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri təmir olunub.

Küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burada ümumilikdə 9500 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilib. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb, bəzi yerlərdə isə səkilər asfaltlanıb.

Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu 4 kilometr olan 4 küçəsində analoji təmir-tikinti işləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti