...

Azərbaycan və Türkiyə alimləri Cənubi Azərbaycanda törədilən soyqırım aktını birgə araşdıracaqlar

Cəmiyyət Materials 19 İyun 2015 14:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünasliq Institutu və Türkiyənin Ərciyəz Universitetinin alimləri Cənubi Azərbaycanda törədilən soyqırım aktını birgə araşdıracaqlar.
Azərbaycan və Türkiyə alimləri Cənubi Azərbaycanda törədilən soyqırım aktını birgə araşdıracaqlar

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünasliq Institutu və Türkiyənin Ərciyəz Universitetinin alimləri Cənubi Azərbaycanda törədilən soyqırım aktını birgə araşdıracaqlar.

Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, Ərciyəz Universiteti Ədəbiyyat fakültəsi Şərq dilləri bölümü ilə bağlanan yeni müqaviləyə əsasən, tərəflər 1918-1919-cu illərdə Cənubi Azərbaycanda törədilən soyqırım aktını birgə araşdıracaqlar.

"Cənubi Azərbaycanda soyqırım aktı (1918-1919)" adlı layihənin məqsədi Türkiyə və İranın arxiv sənədlərində Cənubi Azərbaycanda xalqımıza qarşı ermənilərin törətdikləri cinayətlərin aşkarlanması, araşdırılması və ictimaiyyətə çatdırılmasıdır.

Bu araşdırma sayəsində açılmamış arxiv materialları vasitəsilə 1918-1919-cu illərdə Cənubi Azərbaycanın qərb hissəsində ermənilər tərəfindən yerli əhaliyə qarşı törədilmiş və tarixə dəhşətli "Cilovluq faciəsi" kimi düşən soyqırıma aydınlıq gətirməyin zəruriliyini, bu soyqırım aktında Böyük Britaniya, Fransa və Rusiyanın ermənilərə dəstəyini və Urmiya gölü ətrafında "Kiçik Ermənistan dövləti" yaratmaq məqsədinə aydınlıq gətirməyin vacibliyini, bu tarixi cinayətlərin törədilməsində Türkiyənin Cilov adlanan ərazisindən buraya köçürülmüş 40 min nəfər xristian əhalinin, o cümlədən 30 min erməninin fəal iştirakını, birləşmiş koalisiya qüvvələrinin tərkibində rus və fransız zabitlərinin xidməti barədə məlumatların, 1918-ci ilin fevral-mart aylarından 1919-cu ilin fevral ayına kimi Urmiya, Xoy, Salmas və bu məntəqələrə aid ayrı-ayrı kəndlərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım və qarətlərdə 200 min nəfərə yaxın dinc əhalinin qətlə yetirilməsi barədə yeni məlumatlar ilk dəfə olartaq, təqdim ediləcək.

Şərqşünas alimlər ermənilərin İranda, o cümlədən Cənubi Azərbaycanda məskunlaşması tarixinin, onların yerli iqtisadi-ticarət sahələrində fəaliyyəti və sosial vəziyyətlərinin, təşkilatlanmasının və bu işdə missioner təşkilatların rolunun, ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının araşdırılması istiqamətində iş aparacaqlar.

Layihə çərçivəsində yaradılan işçi qrupunun müvafiq kitabxana və arxivlərdə çalışması üçün qarşılıqlı, eləcə də İrana ezamiyyətləri təşkil ediləcək, orta və ali məktəblərdə məruzələr oxunacaq; tarixi şəkillər əsasında fotoalbomlar tərtib ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti