...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 23 İyun 2015 13:11 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edib. M.Qurbanlı Tovuzda bu rayonun, eləcə də Qazax və Ağstafa sakinlərini qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edib. M.Qurbanlı Tovuzda bu rayonun, eləcə də Qazax və Ağstafa sakinlərini qəbul edib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəbulda səsləndirilən müraciətlər əsasən məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli barədə konkret tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə, operativ surətdə həll edilib.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti