...

Bakı İslam Universitetinin tələbəsi olmaq istəyənlər Dini-Psixoloji Komissiyadan keçməlidirlər

Cəmiyyət Materials 30 İyun 2015 11:35 (UTC +04:00)
Bakı İslam Universitetinin tələbəsi olmaq istəyən abituriyentlərin sənəd qəbuluna başlanılır.
Bakı İslam Universitetinin tələbəsi olmaq istəyənlər Dini-Psixoloji Komissiyadan keçməlidirlər

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı İslam Universitetinin tələbəsi olmaq istəyən abituriyentlərin sənəd qəbuluna başlanılır.

Universitetdən Trend-ə bildiriblər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən, 2015/2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.

İyulun 25-də 3-cü ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyul ayının 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.

Bununla yanaşı, mayın 17-də 3-cü ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya yenidən müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti