...

TQDK növbəti SAT imtahanlarının tarixlərini açıqladı

Cəmiyyət Materials 30 İyun 2015 16:22 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015 və 2016-cı illərdə keçirəcək SAT imtahanlarının tarixlərini açıqlayıb.
TQDK növbəti SAT imtahanlarının tarixlərini açıqladı

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015 və 2016-cı illərdə keçirəcək SAT imtahanlarının tarixlərini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanlar bu il oktyabrın 3-də və dekabrın 5-də keçiriləcək.

Gələn il isə SAT imtahanları yanvarın 23-də, mayın 7-də və iyunun 4-də olacaq.

Qeyd edək ki, SAT (Scholastic Aptitude Test - Akademik Qiymətləndirmə Testi) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti