...

Botanika İnstitutunda BDU-nun kafedrasının filialı yaradılır

Cəmiyyət Materials 7 İyul 2015 15:27 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin (BDU) kafedrasının filialı yaradılacaq.
Botanika İnstitutunda BDU-nun kafedrasının filialı yaradılır

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin (BDU) kafedrasının filialı yaradılacaq.

İnstitutdan Trend-ə verilən məlumata görə, institutla Bakı Dövlət Universiteti arasında kadr hazırlığı və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, Botanika İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin "Botanika" kafedrasının filialı yaradılacaq. Elm və təhsilin istehsalata inteqrasiyasını gücləndirmək məqsədilə yaradılacaq filial BDU-nın tələbə, magistrant və doktorantlarında tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırlmasında böyük rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti