...

BMT-nin rezident əlaqələndiricisi: Əhalinin ehtiyaclarına uyğun dövlət qulluğunun təşkili vacib məsələdir

Cəmiyyət Materials 9 İyul 2015 11:27 (UTC +04:00)
BMT-nin İnkişaf proqramı regionda dövlət qulluğu sahəsində qanunvericiliyi gücləndirməklə yanaşı, korrupsiyaya qarşı mübarizə tədbirlərini dəstəkləyir. Əhalinin ehtiyaclarına uyğun şəkildə dövlət qulluğunun təşkil edilməsi vacib məsələdir.
BMT-nin rezident əlaqələndiricisi: Əhalinin ehtiyaclarına uyğun dövlət qulluğunun təşkili vacib məsələdir

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

BMT-nin İnkişaf Proqramı regionda dövlət qulluğu sahəsində qanunvericiliyi gücləndirməklə yanaşı, korrupsiyaya qarşı mübarizə tədbirlərini dəstəkləyir. Əhalinin ehtiyaclarına uyğun şəkildə dövlət qulluğunun təşkil edilməsi vacib məsələdir.

Trend xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bu gün Bakıda "Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə BMT-nin birgə inkişaf layihəsi üzrə əməkdaşlıq 2006-cı ildən davam edir. "Bu əməkdaşlıq davam etməlidir. Avropa İttifaqının iki illik layihəsi əsasında Azərbaycanda dövlət qulluqçularının təkmilləşdirilməsi işi davam etdiriləcək".

A.Bruk bildirib ki, güclü və səmərəli dövlət quruculuğunun təşklii üçün bu tədbir böyük əhəmiyyət kəsb edəcək: "Bəzi dövlətlər bu sahədə uğur qazanmaq üçün mühüm islahatlar həyata keçirirlər. Bu sahədə işlər davam etməlidir".

O həmçinin deyib ki, dövlət qulluqçuları üçün təlim mərkəzinin yaradılması Azərbaycanda peşəkar dövlət qulluqçularının formalaşmasına dəstək verəcək.

Qeyd edək ki, konfrans Avropa İttifaqı tərəfindən maliyələşən, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən "Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək" layihəsi çərçivəsində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti