...

Nazirlər Kabineti tibbi avadanlıqlarla bağlı qərar verdi

Cəmiyyət Materials 15 İyul 2015 09:57
Azərbaycan Nazirlər Kabineti Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin bəzi məsələləri haqqında qərar verib.
Nazirlər Kabineti tibbi avadanlıqlarla bağlı qərar verdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin bəzi məsələləri haqqında qərar verib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alınmaqla verilib.

Bu qərara əsasən, Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfat hesablı daxilolmalardan əlavə, büdcə vəsaiti hesabına illik saxlanılması xərcləri mərkəzləşmiş qaydada dərman, sarğı ləvazimatları və materiallarının, həmçinin avadanlığın alınması üzrə daxilolmaların 0,25 faizi həddində, lakin 400000,0 manatdan çox olmamaqla müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti