...

Gənclər "Motivasiya" olundu (FOTO)

Cəmiyyət Materials 15 İyul 2015 15:14 (UTC +04:00)
Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi (DANİB) Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində “Motivasiya” adlı təlim keçirib.
Gənclər "Motivasiya" olundu (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi (DANİB) Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində "Motivasiya" adlı təlim keçirib.

Trend-in məlumatına görə, təşkilatın daxili imkanları hesabına gerçəkləşdirdiyi və 50-dən artıq gəncin iştirak etdiyi təlim real həyatımızın "Swot" analizi, şəxsi və peşəkar həyatda güclü və zəif tərəflər, imkanlar və təhlükəli məqamların təyini, təhlili, baş verən hadisələrə sistemli yanaşma analizi, həyatımızda zaman faktorunun əsas rolu: "time management", peşəkar həyatın ana xətti sayılan "stressə, depresiyaya düşməməyin və daima pozitivliyi qoruyub saxlamağın" əsas şərtləri və digər mövzulara həsr edilib.

Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycanda QHT sektorunun 90-cı illərdə keçdiyi inkişaf yolundan və hazırkı imkanlarından danışıb.

DANİB sədri Elməddin Behbud rəhbərlik etdiyi təşkilatın 2001-ci ildə təsisi olunduğunu və fəaliyyətinin əsas məqsədinin vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması olduğunu deyib. E.Behbud 15 ilə yaxın müddətdə davamlı olaraq fəaliyyət göstərən təşkilatın gənclərin insan hüquqları, milli mənəvi dəyərlər, tarix, zərərli vərdişlrə qarşı mübarizə, yerli özünüidarəetmə və digər sahələrdə maarifləndirilməsi üçün onlarla layihə, tədbir keçirdiyini və hazırda da çalışmalarının istər Bakıda, istərsədə regionlarda uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin ən prioritet və dəyişilməz hissəsi olduğunu bildirən DANİB sədri hər zaman cənab Prezident İlham Əliyevin çıxışlarında ölkə gənclərinə yüksək qiymət verildiyini və bu diqqətin qəbul olunan müxtəlif dövlət proqramlarında əksini tapdığını qeyd edib. Ölkəmizdə milli donor institutlarının yaradılması QHT-lərin kənar təsirlər olmadan, müstəqil şəkildə inkişafı üçün böyük önəm daşıyır. E.Behbud qarşıdakı dövrdə 2016-2020-ci illəri əhatə edəcək "Azərbaycan gəncliyi" Dövlət Proqramının da qəbul ediləcəyini gözlədiklərini qeyd edib.

"ARES" şirkətlər qrupunun rəhbəri psixologiya, NLP və davranış bilimləri üzrə ekspert Rəvan Soltanovun təlimçi olduğu tədbir 5 saat müddətində gənclərin böyük marağı və fəallığı ilə uğurla davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti