...

Azərbaycanda məktəblərin 30 faizində dərslər iki və üç növbədə keçirilir

Cəmiyyət Materials 21 İyul 2015 16:18 (UTC +04:00)
Azərbaycandakı orta ümumtəhsil müəssisələrinin 29,2 faizində dərslər iki və üç növbədə tədris olunur.
Azərbaycanda məktəblərin 30 faizində dərslər iki və üç növbədə keçirilir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycandakı orta ümumtəhsil müəssisələrinin 29,2 faizində dərslər iki və üç növbədə tədris olunur.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycandakı 4459 ümumtəhsil müəssisəsinin 70,8 faizində dərslər bir növbədə keçirilir.

Azərbaycanda bir növbəli məktəblərdə 1119,6 min şagird, iki və üç növbəli məktəblərdə isə 196,5 min şagird təhsil alır.

Ümumilikdə ölkənin orta məktəblərində təhsil alan 1316,1 min şagirdin 85,1 faizi bir növbəli, 14,9 faizi iki və üç növbəli məktəblərdə oxuyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti