...

Azərbaycanda kollec təhsili ilə orta məktəbdə dərs deyənlər daha çox hansı ixtisas müəllimləridir?

Cəmiyyət Materials 21 İyul 2015 17:18 (UTC +04:00)
Orta ixtisas təhsili alan müəllimlər yalnız dövlət ümumtəhsil müəssisələrində dərs keçirlər.
Azərbaycanda kollec təhsili ilə orta məktəbdə dərs deyənlər daha çox hansı ixtisas müəllimləridir?

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın orta məktəblərində orta ixtisas təhsili ilə dərs deyənlər daha çox ingilis dili müəllimləridir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, orta məktəblərdə (sağlamlıq imkanlan məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri istisna olmaqla) dərs deyən 14 292 ingilis dili müəlliminin 18,1 faizi orta ixtisas təhsili alıb.

Orta ixtisas təhsili ilə orta məktəblərdə dərs deyən müəllimlərin siyahısında ikinci yeri informatika müəllimləri tutur. Orta məktəblərdə dərs keçən 4224 informatika müəlliminin 5,7 faizi orta ixtisas təhsillidir.

Rus dilində dərslər keçilməyən müəssisələrdə dərs keçən 5575 rus dili və ədəbiyyatı müəlliminin 3,2 faizi orta ixtisas təhsillidir.

Orta ixtisas təhsili alan müəllimlər yalnız dövlət ümumtəhsil müəssisələrində dərs keçirlər. Özəl məktəblərdə işləyən müəllimlərin hamısı ali təhsillidir.

Qeyd edək ki, hazırda Azərbaycanda 4475 əyani ümumtəhsil müəssisəsi var. Onların 20-si özəldir. Ümumilikdə ölkədəki ümumtəhsil müəssisələrində 161 min müəllim dərs keçir. Həmin müəllimlərin 160 min nəfəri dövlət əyani ümumtəhsil müəssisələrində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti