Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/
Milli Məclisin deputatı Fuad Muradov 22 iyul - Milli Mətbuat Günü ilə bağlı kütləvi informasiya vasitələri nümayəndələrini təbrik edib.
Trend-in məlumatına görə, 22 iyulda doğum gününü qeyd edən Milli Məclisin üzvü F.Muradov bu günə təsadüf edən Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini də təbrik edib: "Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistləri, redaktorları və mətbuat işçilərini ürəkdən təbrik edirəm! Onlara uğur, ailə xoşbəxtliyi və can sağlığı arzulayıram. Azərbaycanın bu gün müstəqil, güclü dövlət olmasında onların da zəhməti var. Uzun illərdir, dostluq etdiyim və bugün artıq gənc olmayan media nümayəndələrini xüsusi təbrik edirəm".
Qeyd edək ki, millət vəkili F.Muradov 22 iyul tarixində doğum gününü qeyd edir. Bu gün onun 36 yaşı tamam olur.