...

Ailə TV-nin yeni saytı istifadəyə verildi

Cəmiyyət Materials 30 İyul 2015 15:48 (UTC +04:00)
Bu gündən etibarən Ailə TV abunəçilərinə yeni, daha funksional saytla xidmət göstərir.
Ailə TV-nin yeni saytı istifadəyə verildi

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Bu gündən etibarən Ailə TV abunəçilərinə yeni, daha funksional saytla xidmət göstərir.

"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aile.tv ünvanında yerləşən saytda abunəçilərin rahatlığı üçün geniş imkanlar yaradılıb. Yeni sayt həm mobil, həm də stasionar cihazlarda istifadə üçün adaptasiya olunub.

İndi Ailə TV abunəçiləri və potensial müştərilər yeni saytda istədikləri məlumatı rahat şəkildə əldə edə biləcəklər və şirkətin xidmət və məhsullarını onlayn sifariş edə biləcəklər.

Yeni saytda "Caspian Telecom" şirkətinin bütün xidmətləri cəmləşdirilib və dörd əsas bölmədə göstərilib: Ailə TV, Ailə NET, Ailə TV Player və Korporativ şəbəkə. İstənilən bölməyə keçib müvafiq məlumat ala və xidmətlərimizə qoşula bilərsiniz.

Bundan əlavə, abunəçilərin rahatlığı üçün tez-tez yaranan suallardan ibarət FAQ bölməsi yaradılıb. Burada saytımızın izləyiciləri yarana biləcək suallara hazır cavab əldə edə biləcəklər. Şirkətin bütün xidmətləri haqqında ən son yeniliklər və xəbərlər isə xəbərlər blokunun "twitter" bölməsində paylaşılır.

Xatırladaq ki, Ailə TV-nin yeni saytı "Proline" studiyası tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti