...

Ekspert: Azərbaycan turizmində 20 faiz artım var

Cəmiyyət Materials 4 Avqust 2015 16:07 (UTC +04:00)
“Azərbaycanda turizm sektorunda ən azı 20 faiz artım var”. Bunu Trend-ə turizm mütəxəssisi Tural Ələsgərov deyib.
Ekspert: Azərbaycan turizmində 20 faiz artım var

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elmir Murad/

"Azərbaycanda turizm sektorunda ən azı 20 faiz artım var". Bunu Trend-ə turizm mütəxəssisi Tural Ələsgərov deyib.

Onun fikrincə, buna səbəb bir müddət əvvəl Bakıda keçirilən Avropa Oyunları olub.

Şirkətlərin turizm sektorundakı artımı artıq fevral ayından hiss etməyə başladığını deyən mütəxəssis qeyd edib ki, gələnlər Bakı ilə yanaşı, bölgələrimizdəki tarixi abidələrlə də maraqlanırlar: "Avropa Oyunları ərəfəsində Azərbaycana gələnlərin sayında xeyli artım müşahidə olundu. Təbii ki, sırf turistlərdən danışıram. Həmin vaxtı turistlər daha çox Avropa ölkələrindən gəlirdilərsə, hazırda Azərbaycana daha çox Asiya və Çindən gəlirlər. Bununla yanaşı, Türkiyə və Gürcüstandan da gələnlər az deyil".

Azərbaycandan xarici ölkələrə də turist axınının artdığını bildirən T.Ələsgərov hesab edir ki, insanlar onlara sərfəli olan tur-paketlərə üstünlük verirlər. Mütəxəssisin sözlərinə görə, xaricə getməyə imkanı olmayanlar isə daxili tur-paketlərdən istifadə edir: "Azərbaycanda istirahət edənlər həftə sonu şimal bölgəsinə, ara günlər isə həm şimal, həm də şimal-qərb bölgəsinə üz tuturlar. Bu sırada Qəbələ ilk pillədədir. Sonra İsmayıllı, Qax, Şəki bölgəsi gəlir. Cənub zonasında isə Masallı rayonuna gedən turistlərin sayının artımı hiss olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti