...

Bakının bir neçə küçə və prospektlərində hərəkət dəyişikliyi edilib (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2015 12:59 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtın bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra dəyişikliklər edib.
Bakının bir neçə küçə və prospektlərində hərəkət dəyişikliyi edilib (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtın bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra dəyişikliklər edib.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, A.Bakıxanov küçəsindən sağa C.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq işıqforun əlavə seksiyasında hərəkətinin təşkil edilməsi ilə bağlı təklif irəli sürülüb.

Asif Məhərrəmov küçəsindən 3-cü mikrorayon dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri həmin küçədən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mikrorayon dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, 3-cü mikrorayon dairəsində yüklənmə yaranır.

Bunu nəzərə alaraq, Asif Məhərrəmov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

Ceyhun Səlimov küçəsindən 3-cü mikrorayon dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri həmin küçədən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mikrorayon dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, 3-cü mikrorayon dairəsində yüklənmə yaranır. Bunları nəzərə alaraq, Ceyhun Səlimov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

NİİM-nin hazırladığı bütün təkliflər Nəqliyyat Nazirlyi və Baş dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq olunub və müvafiq qaydada icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti