...

Yeni təklif: Azərbaycan balı hotellərin səhər yeməyinin rasionuna daxil edilsin

Cəmiyyət Materials 10 Sentyabr 2015 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Turizm obyektləri Azərbaycanın populyarlaşmasında vacib rol oynayır. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov deyib.

O bildirib ki, hər bir turist ilk növbədə Azərbaycanın milli mətbəxi ilə tanış olmaq istəyir: "Bunun üçün Azərbaycan hotellərində əcnəbi qonaqlar üçün yerli mətbəx nümunələrinin, şərab və mineral suların xüsusi təqdimatını keçirməyi təklif etdik".

M.Ağakərimovun sözlərinə görə, populyarlaşdırılmalı olan məhsullardan biri də baldır: "Bunun üçün balın beşulduzlu hotellərin səhər yeməyinin rasionuna daxil edilməsini, Bakı və bölgələrdə xüsusi bal festivalları keçirməyi təklif etdik. Bundan əlavə, 1 nəfər üçün müəyyən miqdarda balın yerləşdirilə biləcəyi xüsusi qablaşdırma üzərində işləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti