...

Türk-Azərbaycan Onkoloq Günləri keçiriləcək

Cəmiyyət Materials 10 Sentyabr 2015 17:40 (UTC +04:00)
Sentyabrın 11 və 12-də Azərbaycanda Türk-Azərbaycan Onkoloq Günləri keçiriləcək.
Türk-Azərbaycan Onkoloq Günləri keçiriləcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sentyabrın 11 və 12-də Azərbaycanda Türk-Azərbaycan Onkoloq Günləri keçiriləcək.

Azərbaycanın baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, artıq bu məqsədlə Türkiyənin 40-dan çox tanınmış onkoloqu Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində sabah Türkiyə və Azərbaycan onkoloqlarının birgə iştirakı ilə konfrans keçiriləcək.

Səfər zamanı Türkiyə və Azərbaycan onkoloqları xəstələrin müalicəsində tətbiq edilən nailiyyətlər, müalicə metodları ilə bağlı təcrübə mübadiləsi aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti