...

Bakıda yeni tədris ili ilə əlaqədar piyada zolaqları çəkilib (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2015 16:31 (UTC +04:00)
Yeni tədris ilinin başlanması ilə əlaqədar küçə və prospektlərdə xətlənmə işləri aparılıb.
Bakıda yeni tədris ili ilə əlaqədar piyada zolaqları çəkilib (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yeni tədris ili ilə əlaqədar piyada zolaqları çəkilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyada zolaqlarının yenidən rənglənməsi və yeni piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Bu işlər piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə ASC tərəfindən paytaxtın 91 küçə və prospektində həyata keçirilib. Xüsusi olaraq məktəblərin yerləşdiyi küçə və prospektlərdə aparılan işlər nəticəsində 157 yerdə zebr tipli üfüqi nişanlama xətləri çəkilib. Bununla da piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsi təmin edilib.

Bundan başqa, Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri də çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti