...

Azərbaycanlı diaspor rəhbəri Rusiya Xalqlar Assambleyasının üzvü seçilib

Cəmiyyət Materials 15 Sentyabr 2015 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanlı diaspor rəhbəri Rusiya Xalqlar Assambleyasının üzvü seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Saxalin vilayəti üzrə regional bölməsinin sədri Nazir Hətəmov Saxalin vilayəti Rusiya Xalqlar Assambleyasının üzvü seçilib. Cənubi Saxalin şəhərində keçirilən Rusiya Xalqlar Assambleyasının iclasında bununla bağlı qərar qəbul edilib.

Qeyd edək ki, N.Hətəmov 1976-cı ildə Laçın rayonunun Danbulaq kəndində anadan olub. 1996-cı ildən 2012-ci ilədək Rusiya Silahlı Qüvvələrində hərbi xidmət keçdikdən sonra Saxalin vilayətinin Hərbi Komissarlıq xidmətinin rəisi vəzifəsində çalışıb. Kapitan hərbi rütbəsinədək yüksələn həmyerlimiz 2012-ci ilin dekabrından ehtiyata buraxılıb. Hazırda Rusiya Silahlı Qüvvələrinin təqaüdçüsüdür.

Rusiya Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra fərdi sahibkarlıqla məşğul olan N.Hətəmov eyni zamanda Saxalindəki Azərbaycan diasporunun fəal üzvlərindədir. O, 2013-cü ilin iyun ayından ÜAK-nin Saxalin vilayəti üzrə regional bölməsinə rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti