...

Çexiyalı tələbələr Bakıya səfər edəcəklər (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2015 20:39 (UTC +04:00)
Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan və Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən yerli tələbələr arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqənin başa çatması ilə əlaqədər səfirlikdə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Çexiyalı tələbələr Bakıya səfər edəcəklər (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycanın Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan və Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən yerli tələbələr arasında keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda müsabiqənin başa çatması ilə əlaqədər səfirlikdə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, "Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi"nin rəhbəri və Karlov Universitetinin professoru Eduard Qambar, müsabiqədə iştirak edən tələbələr və səfirliyin əməkdaşları iştirak ediblər.

F.Şəfiyev tələbələri salamlayaraq Azərbaycanın tarixi və mədəniyyətinə göstərilən marağa görə onlara təşəkkürünü bildirib və qaliblərə xüsusi sertifikat və hədiyyələri təqdim edib.

Müsabiqədə qalib gələn tələbələrin 2016-cı ilin birinci yarısında Bakıya səfər edəcəkləri bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti