...

Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2015 15:52 (UTC +04:00)
Sentyabrın 25-də Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının növbəti Baş Assambleyası keçirilib.
Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Sentyabrın 25-də Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti Baş Assambleyası keçirilib.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Alyansa üzv agentliklərin rəhbərləri toplaşıblar. Assambleyada AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iştirak edib.

Tədbirdə təşkilatın illik hesabatı dinlənilib, növbəti maliyyə ili üçün büdcəsi təsdiq olunub. Assambleyada Albaniyanın ATA xəbər agentliyi təşkilata üzv qəbul edilib. Eyni zamanda üzv agentliklərin səsverməsi ilə Rumıniyanın AGEPRESS agentliyinin baş direktoru Alexandru Gibou və İsveçin TT agentliyinin rəhbəri Yonas Eriksson EANA-nın İcraiyyə Komitəsinin üzvləri, Erik Naylen isə yenidən növbəti 3 il müddətinə təşkilatın baş katibi seçiliblər.

Alyans üzvlərinin qərarı ilə EANA-nın növbəti Baş Assambleyası Bratislava şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti