Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı günü" keçirəcək

Cəmiyyət Xəbər 29 Sentyabr 2015 14:27 (UTC +04:00)
M.V.Lomonosov adına Moskva Dövlət Universitetininin (MDU) Bakı filialı oktyabrın 3-ü saat 14:00-də "Açıq qapı günü" keçirəcək.
Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı günü" keçirəcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

M.V.Lomonosov adına Moskva Dövlət Universitetininin (MDU) Bakı filialı oktyabrın 3-ü saat 14:00-də "Açıq qapı günü" keçirəcək.

Trend-in məlumatına görə, həmin gün ali məktəbə qəbul olunmaq istəyən abituriyentlər MDU-nun Bakı filialına qəbul olmaq üçün 2015-ci il qəbul imtahanları və şərtləri ilə tanış ola bilərlər.

Abituriyentlərə filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya və iqtisadiyyat fakültələrində bakalavrların hazırlığı barədə ətraflı məlumatlar veriləcək.

"Açıq qapı günü" Bakıda Hüseyn Cavid prospekti, 133 ünvanında (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında) keçiriləcək.

Əlaqə telefonları: (012) 510 96 08, (012) 598 93 32.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti