Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi 574 390 manat 84 qəpik artıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 oktyabr 2015-ci il tarixədək 67.000.811,11 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.