...

BANM-də Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib

Cəmiyyət Materials 5 Oktyabr 2015 10:58 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin Ali Məktəbin tələbələri ilə görüşü təşkil olunub.
BANM-də Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin Ali Məktəbin tələbələri ilə görüşü təşkil olunub.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Ali Məktəbin rektoru Elmar Qasımov görkəmli yazıçı Çingiz Abdullayevi salamlayıb və ona dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. Rektor Elmar Qasımov tələbələrin dünya görüşünün və bədii ədəbiyyata olan maraqlarının artırılması, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi, Azərbaycanın dünya şöhrətli, görkəmli yazıçısını daha yaxından tanımaq və onları maraqlandıran suallara cavab tapmaq məqsədilə keçirilən görüşün əhəmiyyətli olduğunu vurğulayıb.

Çıxış edən Çingiz Abdullayev bu cür səmərəli görüşün təşkil edilməsinə görə BANM-in rəhbərliyinə öz təşəkkürünü bildirib. Ç.Abdullayev tələbələrlə səmimi ünsiyyət quraraq, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Bundan başqa tanınmış yazıçı tələbələrə öz tövsiyyələrini verib və onların maraqlı suallarını cavablandırıb.

Görkəmli yazıçı Çingiz Abdullayev gənc oxucularına kitablarını imzalatdırmak imkanı yaradıb.

Sonda Çingiz Abdullayev BANM-in "Fəxri qonaq" diplomu ilə təltif olunub.

Qeyd edək ki, görüşün əsas məqsədi tələbələrin mütaliə vərdişlərini inkişaf etdirmək, bədii ədəbiyyata marağını artırmaq, tələbələrin ümumi dünyagörüşünü və intellektual səviyyəsini artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti