...

Bakıda avtobusun hərəkət istiqaməti dəyişdirildi

Cəmiyyət Materials 11 Oktyabr 2015 23:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Bakıda sərnişindaşımada sahəsində optimallaşdırılma işləri davam etdirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, 12 oktyabr 2015-ci il tarixindən paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib.

Belə ki, əvvəllər Oksford məktəbi - "Elmlər Akademiyası" m/s - Bakıxanov küç. - Həsən Əliyev küç. - "Gənclik" m/s (5 saylı xəstəxana) - Ağa Nemətulla küç. - F. Xoyski küç. - Montin bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Oksford məktəbinin qarşısından "Gənclik" m/s-nın yaxınlığına kimi fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti