...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə edənlərin sayı 58 faizə yaxın artıb

Cəmiyyət Materials 12 Oktyabr 2015 10:31 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə edənlərin sayı 58 faizə yaxın artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə edənlərin sayı 58 faizə yaxın artıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə edənlərin sayı 58 faizə yaxın artıb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin sentyabr ayında əhali ƏƏSMN-nin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 236714 dəfə faydalanıb. Bu da portaldakı bütün e-xidmətlərdən ümumi istifadənin (767616 ədəd) 30,8 faizini təşkil edir.
Ötən ay Nazirliyin e-xidmətlərindən yararlananların sayı əvvəlki avqust ayı ilə müqayisədə 58 faizə yaxın artıb.

Sentyabr ayında ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti 130352 ədəd, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti 81118 ədəd istifadə sayı ilə əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında ilk üçlükdə qərarlaşıblar. Nazirliyin "İş yerinə dair arayış" e-xidməti də həmin sırada yer alıb və ötən ay "E-Hökumət" portalında 9 növ e-arayış xidmətindən cəmi istifadənin 54 faizi, yəni 22856-ı məhz ƏƏSMN-nin bu e-xidmətinə aid olub.
Ümumilikdə cari ilin 9 ayında əhali ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 660 min 824 dəfə istifadə edib ki, bu da qeyd olunan dövrdə "E- hökumət" portalı üzrə ümumi istifadə sayının 17,5 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti