...

Səma mələkləri: AZAL stüardessalarının işinin sirləri

Cəmiyyət Materials 21 Oktyabr 2015 12:37 (UTC +04:00)
Stüardessaların işi həmişə romantika ilə əhatə olunub, lakin az adam bilir ki, “səma mələyi” (bort bələdçilərini çox vaxt belə adlandırırlar) olmaq üçün xeyli səbr, əzmkar iş və fiziki güc tələb olunur.
Səma mələkləri: AZAL stüardessalarının işinin sirləri

Nara Nurəliyeva

Stüardessaların işi həmişə romantika ilə əhatə olunub, lakin az adam bilir ki, "səma mələyi" (bort bələdçilərini çox vaxt belə adlandırırlar) olmaq üçün xeyli səbr, əzmkar iş və fiziki güc tələb olunur. Bugünkü reportajda romantik görünən, lakin çətin olan bu işin sirlərini üzə çıxarmağa çalışacağıq.

Əksər insanların təsəvvüründə bort bələdçilərinin əsas vəzifəsi təyyarə sərnişinlərinə gözəl və layiqli xidmət etməkdir. Nigar Qasımzadə ilə söhbətdən sonra bu stereoitipin yanlışlığına əmin oldum. Bu, çox zərif və ünsiyyətdə xoş təsir bağışlayan qız "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bort bələdçilərinin rəhbəridir. Xoş görünüşün arxasında güclü və əzmkar xarakter gizlənir - bu keyfiyyət olmadan Azərbaycanın milli aviadaşıyıcısının təqribən 400 bort bələdçiyə rəhbərlik etmək mümkün olmazdı.

Həqiqətdə isə bort bələdçi həkim, psixoloq, tərbiyəçi olmalı, təhlükəli yüklərin daşınması qaydalarını və bir çox başqa şeyi bilməlidir.

Bir sözlə sərnişinlərin həyat və təhlükəsizliyi bu insanlardan asılıdır.

Və onlar aşağıdakı tələblərə cavab verməlidirlər:

- Qızların boyunun hündürlüyü 165 santimetrdən az və 180 santimetrdən çox olmamalıdır;
- Oğlanların boyunun hündürlüyü 175 santimetrdən az olmamalıdır;
- Namizədlərin yaşı 18-30 (daxil olmaqla) arasında olmalıdır;
- Azərbaycan və rus dil bilikləri mükəmməl, ingilis dili biliyi isə "pre-intermediate" və ya "intermediate" səviyyəsində (digər əcnəbi dil bilikləri alqışlanır) olmalıdır.

Bort bələdçi xoş xarici görünüşündən başqa, çətin iş şəraiti nəzərə alınmaqla tam sağlam olmalıdır. Bort bələdçi vəzifəsinə iddia edənin sağlamlıq vəziyyətini xüsusi tibbi komissiya təyin edir. Hətta işə düzəldikdən sonra ildə bir dəfə həmin komissiyadan keçmək lazımdır. Tibbi komissiyadan keçərkən ürək-damar sisteminə, görmə qabiliyyətinə və psixoloji vəziyyətə xüsusi diqqət yetirilir. Bort bələdçiləri üçün stresə davamlılıq və adekvatlıq çox vacib keyfiyyətlərdir.

Lakin bu da hamısı deyil. AZAL-ın bort bələdçinin işi xüsusi hazırlıq tələb edir. Təcrübə keçənlər iki aydan 3 ay müddətədək davam edən təlimi Azərbaycan Milli Aviasiya Akademiyasında keçirlər.

Təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Təcrübəli mütəxəssislər hava gəmilərinin düzəldilməsi barədə məlumat alırlar, sərnişin salonlarının texniki və məişət avadanlığı, eləcə də aviasiya mətbəxi ilə tanış olurlar, xilasetmə avadanlığından istifadə etməni, münaqişəli vəziyyətləri həll etməyi və ilkin tibbi yardım göstərməyi öyrənirlər.

AZAL-ın gələcək bort bələdçiləri praktik məşğələləri təyyarə salonlarına və sərnişinlərə bənzədilən müasir trenajorlarda keçirlər.

Yuxarıda qeyd edildiyi kimi bort bələdçiləri ilkin tibbi yardım göstərməyi bacarmalıdırlar:

Təzyiq ölçmək

Ürək masajı etmək və süni nəfəs vermək

Kəllə-beyin travması zamanı ilkin tibbi yardım göstərmək

Diqqət! Bort bələdçiləri doğuş qəbul etməyi və yeni doğulmuş körpəyə ilkin tibbi yardım göstərməyi bacarmalıdırlar

Oksigen maskası və xilasedici jiletdən istifadə qaydaları ilə tanışlıq, eləcə də qəza çıxışlarının göstərilməsi. Qəribə olsa da bəzi bort bələdçiləri bu standart proseduru məmnuniyyətlə yerinə yetirirlər.

Bort bələdçiləri işə qəbul edilərkən üzmə bacarığı mütləq hesab edilir

Təcrübə keçənlər təlim kursunu keçdikdən sonra 50 saat uçuşda olmalıdırlar və yalnız bundan sonra nəhayət bort bələdçi qismində çoxdan gözlənilən uçuşlara çıxış əldə edə bilərlər.

Bəs görəsən bu gözəl, ağıllı qızlar bort bələdçi peşəsini niyə seçiblər? Cavab onların sevinc və nikbinliklə dolu gözlərində gizlənir.

Onların hekayəsini dinlədikcə başa düşürsən ki, həvəs onları bort bələdçi edib.

Sevda Zamanova Buzovna qəsəbəsində anadan olub və uşaqlıqdan inanıb ki, aeroportda işləyəcək. O, beş il əvvəl aeroportun təhlükəsizlik xidmətində işə daxil olub: "Hələ o zaman stüardessa kastinqində özümü yoxlamaq istəyirdim, lakin evdən icazə vermirdilər, çünki hesab edirdilər ki, bort baxıcı işi təhlükəldir. Təhlükəsizlik sahəsində iş mənə əyani şəkildə göstərdi ki, Azərbaycanın mülki aviasiyasında təhlükəsizlik hansı səviyyədədir. Buna valideynlərim də əmin olduqdan sonra mən nəhayət uşaqlıq arzumu həyata keçirmək qərarına gəldim. Hərçənd mənim peşəm mühəndis-ekoloqdur və hazırda magistraturada oxuyuram, indi buradayam və arzuma doğru ilk və ən vacib addım atdığıma görə çox şadam".

İxtisasca ingilis dili müəlliməsi olan Alla Qurşumova keçmiş işində müxtəlif tədbirlərin təşkili ilə məşğul olub: "Belə iş yüksək ünsiyyətcillik və gülərüzlülüyü tələb edir. Bütün bunlar mənim həddən artıq xoşuma gəlirdi. Sözün düzü uşaqlıqdan stüardessa olmağı arzulayırdım, lakin nə isə məni həmişə dayandırırdı. AZAL-ın stüardessa seçimi apardığını öyrənəndə mən qərarımı verdim. Müsahibədən keçdim və budur mən buradayam və buna çox şadam".

Gənc təcrübə keçənlərin nikbinliyi başa düşüləndir, lakin indi bu çətin və eyni zamanda çox maraqlı sahədə bir ildən çox işləyənlərlə söhbət etməyin əsl vaxtıdır. Yəni səmanın romantikası o qədər böyükdürmü ki, bort bələdçiləri illərlə uçurlar və hətta peşəni dəyişmək fikrini ağıllarından belə keçirmirlər?

AZAL-ın bort bələdçi-briqadiri Liliya Lenskaya bütün yeni işçilərə təkrarlamağı sevir: "Əgər uçuşlara başladıqdan sonra il ərzində başqa iş tapmamısınızsa, deməli özünüzü həmişəlik aviasiya ilə bağlamısınız".

Bu insanlar işlərini sevirlər, hətta bu ağlasığmaz iş qrafikini sevirlər. Bilmirsən ki, sabah hansı saat qurşağında olacaqsan. Və özləri etiraf edirlər ki, səhər saatlarından axşam saatlarınadək ofis rejimində işləyə bilməzlər.

Daha bir stereotip var - belə iş rejimində bort bələdçilərinin şəxsi həyat üçün vaxtları qalmır. Lakin AZAL-ın bort bələdçilərinin özlərinin etiraf etdiyi kimi istək olsa, şəxsi həyat üçün vaxt həmişə tapılar.

AZAL-da bort bələdçilərinin uçuş ekipajı və ya yerüstü xidmətinin əməkdaşları ilə ailə qurmaları ilə bağlı çox nümunə var.

Bütün bort bələdçiləri planlaşdırılmış reysdən iki saat əvvəl işə gəlirlər. Uçuşdan əvvəl birifinq keçirilir, bu, uçuşdan əvvəl qısa iş yığıncağına bənzəyir.

Hər bir bort bələdçi özü ilə pasport (onların xidməti pasportu var), bort baxıcının lisenziyasını, tibbi və sanitar sertifikat, iş qol saatı, işə buraxılış və iş fənərini götürməlidir.

Uçuşdan əvvəl brifinq zamanı briqadir hər bir bort bələdçidə sənədlər paketinin olub-olmamadığını yoxlayır, bundan sonra bütün komanda qol saatlarında vaxtı tutuşdurur. Brifinq zamanı kabin ekipajının bütün üzvləri əgər əvvəllər birlikdə uçmayıblarsa, öhdəlikləri bölüşdürürlər.

Brifinqdən sonra hər bir bort bələdçi uçuşdan əvvəl tibbi baxışdan keçir.

Uçuşdan əvvəl tibbi baxış aeroportun tibb məntəqəsi otağında tibb işçiləri tərəfindən fərdi qaydada aparılır. Bu zaman ekipajın digər üzvlərinin və kənar şəxslərin girişi qadağan olunur. Tibbi nəzarətdən keçmə faktı tibb məntəqəsinin həkimi tərəfindən uçuş üçün tapşırığın əks tərəfində ştampla təsdiq edilir.

Uçuşdan qabaq tibbi baxışdan keçdikdən sonra bort bələdçi ekipajı təyyarəyə qalxır.

Ekipaj havaya qalxmazdan saat yarım əvvəl təyyarəyə qalxır - bort bələdçilərinin öz xidməti girişi var.

Təyyarəyə daxil olan bort bələdçiləri işə başlayırlar. Hər şey çek-list üzrə təyyarənin yoxlanılmasından başlayır - bu nə etməli olduğuna dair xüsusi təlimatdır (siyahı).

Bort bələdçiləri bütün qəza-xilasetmə vasitələrinə baxır və sərnişinlərin təhlükəsizlik kəmərlərinin qaydasında olub-olmamadığını yoxlayır. Çatışmazlıq olarsa, bu barədə baş bort bələdçiyə dərhal məruzə edilir.

Uçuşdan əvvəl jurnal və qəzetlər yerbəyer edilir.

Bu vaxtadək "Sky Catering" komandası qidanı göyərtiyə gətirir

Bort bələdçi isə menyunu yoxlayır

Əsasən qida reysə gediş-gəliş nəzərə alınmaqla gətirilir, reysin müddəti uzun olarsa, əks istiqamətdə reys üçün qida tranzit aeroport tərəfindən təmin edilir.

Bundan başqa vaxtında çay qaynatmaq və içkilər hazırlamaq lazımdır.

Həmkarları arasında böyük nüfuza malik olan bort bələdçi-briqadir Liliya Lenskaya bütün bu prosesi diqqətlə müşahidə edir.

Budur ilk sərnişinlər artıq təyyarəyə daxil olur, onları mütləq təbəssüm dolu sima ilə qarşılamaq lazımdır. Bundan başqa sərnişinləri saymaq, uşaqla olan sərnişinlərin harada oturduğunu yadda saxlamaq, əl yükünü qoymağa kömək etmək və uçuşdan qorxanları sakitləşdirməyə çalışmaq lazımdır.

Bort bələdçilərinin bir dəqiqəlik istirahəti var, lakin onlara mürgüləmək olmaz. Hər 20 dəqiqədən bir onlar salonu, tualet otaqlarını yoxlamalı, sərnişinlərin səhhəti ilə maraqlanmalıdırlar.

Bununla belə, işin bütün çətinliklərinə baxmayaraq, bort bələdçilərinin az qismi səmanı yerə dəyişməyə razı olar.

Mülki aviasiyanın istənilən təyyarəsində ən birinci və əsas insan - göyərtədə baş verən hər şeyə şəxsən məsuliyyət daşıyan hava gəmisinin komandiridir (kapitan).

Təyyarənin salonunda sizin üçün başda baş bort bələdçi olmaqla bort bələdçilərindən ibarət komanda işləyir. Baş bort bələdçi təyyarənin göyərtəsində hava gəmisinin komandirinin müavinidir.

Sən demə, hər reys üçün heyəti xüsusi kompüter proqramı müəyyənləşdirir. Proqramda bütün bort bələdçiləri üçün böyük məlumat bazası var.

Yekdil işləyən və dərhal ümumi dil tapan komanda var, lakin təəssüf ki, istisnalar da olur. İstənilən halda burada baş bort bələdçilərinin təkrarlamağı sevdiyi kimi "bütün problemlərinizi və şəxsi münasibətlərinizi şlaqbaum arxasında qoymalısınız".

AZAL-ı fərqləndirən xüsusiyyət burada nəsillərin bir-birini əvəz etməsidir. Aviaşirkətin bort bələdçiləri də istisna təşkil etmir.

Valentina Əlizadə təqriən 1 ildir bort bələdçi kimi çalışır, bu yaxınlarda bort bələdçi-briqadir vəzifəsinə təyin edilib. Aviasiyaya təsadüfən gəlməyib - onun anası AZAL-da bort bələdçi kimi uçub, analar isə pis şeyi məsləhət etməzlər.

Yuliya Mustafayeva valideynlərinin yolu ilə gedən daha bir varisdir. Onun atası indiyədək helikopter pilotudur, anası isə bort bələdçi işləyib.

Valentina və Yuliya ailəlidir və gözəl uşaqları var.

Ramina Mahmudova aviasiyaya yeni gəlib, lakin artıq həyatını təyyarələrsiz təsəvvür etmir. Gözəl və bacarıqlı qız elan üzrə aviasiyaya gəlib. Rəhbərlik tərəfindən yaxşı işinə görə dəfələrlə qeyd edilib.

Görüşdə iştirak edən həmkarlarından fərqli olaraq İradə Məmmədova hələ ailə həyatı qurmayıb və görüşdüyü biri də yoxdur. Lakin hələ hər şey qabaqdadır, axı onun cəmi 21 yaşı var. İradənin atası uzun müddət onu bort bələdçi olmaq fikrindən daşındırmağa çalışıb, axı o, aviasiyada bütün çətinlikləri və işin məsuliyyətini başqalarından daha yaxşı bilir. İradənin atası yük aviaşirkətində hava gəmisinin komandiridir. Atasının sözlərinə baxmayaraq, möhkəm xarakterə malik olan İradə arzusuna çatıb. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir, qarşısına heç şübhəsiz nail olacağı məqsədlər qoyur.

Bort bələdçilərinin yüksək uçuş intensivliyi var. Bir çox reyslər dönüşlüdür, yəni bir gün ərzində təyinat məntəqəsinə və dərhal geriyə uçurlar. Lakin ABŞ və ya Çinə (estafet reysləri) uçanda onların istirahət üçün vaxtı var. Kabin ekipajı mehmanxanada yerləşir, onların şəhərə çıxmağa, görməli yerlərə baxmağa, gəzməyə, alış-veriş etməyə vaxtı olur.

Düzdür, aviaşirkətin daxili nizamnaməsinə əsasən, onlara bəzi məhdudiyyətlər də var, məsələn, uçuşdan əvvəl istirahət məcburidir, şəhərin olması tövsiyə edilən bir sıra rayonları konkret cızılır, oteldən çıxarkən ekipajın hər bir üzvü mütləq qaydada briqadiri gedəcəyi yer barədə məlumatlandırmalıdır. Yerli vaxtla saat 21:00-dan sonra komandadan ayrılmaq arzu edilən deyil.

Bort bələdçiləri göyərtədə qeyri-ştat vəziyyətində köməyə gəlməyə, qəza halında isə həyatınızı xilas etməyə hazırdırlar. Onların stresslə bol çətin işləri var, lakin istənilən şəraitdə mehriban davranmalı və üzlərində təbəssüm olmalıdır. Bort bələdçilərin çətin işlərinin olduğuna əmin olduqdan sonra şəxsən mən gələcəkdə onların həyatını maksimum yüngülləşdirməyə və təyyarənin göyərtəsində ştatdan kənar vəziyyətlər yaratmamağa çalışacağam. Əminəm ki, siz də həmçinin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti