Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Gələn həftə ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 26-dan 29-dək ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək.