...

Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Cəmiyyət Materials 25 Oktyabr 2015 22:14 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası Müsavat Partiyasının oktyabrın 24-də Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə monitorinq aparıb.
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Mətbuat Şurası Müsavat Partiyasının oktyabrın 24-də Yasamal rayonundakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə monitorinq aparıb.

Monitorinq zamanı peşə vəzifəsini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvlərinə kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb.

Monitorinq nəticəsində müəyyənləşdirilib ki, KİV-lərin mitinqi işıqlandıran əməkdaşları əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar.

Monitorinq qrupu həmçinin jurnalistlərə peşə vəzifələrini yerinə yetirmək üçün yaradılan şəraiti nəzərdən keçirib. Bununla bağlı da hər hansı problem qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti