...

Sentyabrda 66 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 3 Noyabr 2015 16:10 (UTC +04:00)
Sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi hadisəsi baş verib.
Sentyabrda 66 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin hadisələr nəticəsində 66 nəfər zərərçəkən olub. Bu hadisələrin 2-si botulizm olub, botulizmdən 2 zərərçəkən olub.

Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Eyni zamanda 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülüb, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti