...

DSMF-ə daxil olan müraciətlərin sayı 28 faiz azalıb

Cəmiyyət Materials 6 Noyabr 2015 12:10 (UTC +04:00)
Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb.
DSMF-ə daxil olan müraciətlərin sayı 28 faiz azalıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb.

Bu barədə jurnalistlərə Naftalan şəhərində keçirilən "Vətəndaş müraciətləri ilə iş" mövzusunda regional "Açıq qapı günü" - vətəndaş forumunda DSMF-nin Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov məlumat verib. O bildirib ki, DSMF-də vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində bu qurumun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb: "2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, DSMF-nin öz saytı, "Elektron hökümət" portalı və "Hökumət Ödəniş Portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur".

F.Qədimov onu da diqqətə çatdırıb ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən "2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası"nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti