...

AMEA prezidenti institut direktorları arasında gənclərin olmaması səbəbini açıqladı

Cəmiyyət Materials 6 Noyabr 2015 17:50 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 20 il ərzində durğunluq əmələ gəldi.
AMEA prezidenti institut direktorları arasında gənclərin olmaması səbəbini açıqladı

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 20 il ərzində durğunluq əmələ gəldi. Bunun nəticəsi olaraq, biz gənclərin rəhbər vəzifələrə irəliyə çəkilməsi üçün kadr problemini müsbət həll edə bilmirik".

Bunu Trend-ə AMEA prezidenti Akif Əlizadə akademiya institutlarının direktorları vəzifələrində, eləcə də digər rəhbər vəzifələrdə gənclərin təmsil olunmaması məsələsinə münasibət bildirərkən deyib.

Gənclərin rəhbər vəzifələrə hazırlanmasının vacibliyini bildirən A.Əlizadə qeyd edib ki, hazırda gənclərin rəhbər vəzifələrə irəliyə çəkilməsi üçün hazırlıq işləri aparılır.

A.Əlizadə hesab edir ki, AMEA-da kadrların gəncləşdirilməsi birdəfəlik həyata keçirilən iş deyil: "Bu, bizim daimi apardığımız islahat proqramımızdır. Razıyam ki, bu gün akademiya bir qədər "yaşlaşıb". Amma güman edirəm ki, bizim gəncləşdirmə baxımından son illərdə apardığımız siyasət yaxın vaxtlarda öz nəticəsini verəcək, akademiyanın kadrları arasında gənclərin sayı artacaq".

A.Əlizadə qeyd edib ki, hazırda akademiyada inzibati vəzifələrə görə yaş məhdidyyəti qoyulmur və gələcəkdə də belə bir məhdudiyyətin qoyulması nəzərdə tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti