...

QMİ "Müsəlman birliyi hərəkatı" adlı quruma görə məsuliyyət daşımır

Cəmiyyət Materials 6 Noyabr 2015 15:43 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Müsəlman birliyi hərəkatı adlanan təşkilata görə məsuliyyət daşımır.
QMİ "Müsəlman birliyi hərəkatı" adlı quruma görə məsuliyyət daşımır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmir Murad/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Müsəlman birliyi hərəkatı adlanan təşkilata görə məsuliyyət daşımır. Bunu Trend-ə İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

O, qeyd edib ki, sözügedən təşkilatın üzvləri "Dini etiqad azadlığı haqqında" qanuna əsasən din xadimi və ya dini icma üzvü kimi nəzərdən keçirilə bilməz: "Çünki bu qurum ictimai hərəkat kimi təsis olunub, yəni dini qurum və icma deyil".

R.Dadaşova bildirib ki, İdarənin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə səfərdə olmasına baxmayaraq, ötən gecə Sabunçuda baş vermiş hadisə barədə məlumatlandırılıb.

Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası keçirilib. Müsəlman birliyi hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edənlər Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti