...

Hərbi qulluqçulara "polkovnik" rütbəsi verildi (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2015 16:36 (UTC +04:00)
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib.
Hərbi qulluqçulara "polkovnik" rütbəsi verildi (FOTO)

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Z.Həsənov son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən danışıb.

General-polkovnik vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqət və qayğıya cavab olaraq hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, Silahlı Qüvvələrimiz xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti