Azərbaycan, Bakı, 16 noyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya layihəsinin növbəti mərhələsinə noyabrın 16-da start verilib.
Tur-aksiya çərçivəsində Gəncə məktəbliləri ölkənin cənub bölgəsinə- Lənkəran şəhərinə yola düşüblər.
Səfər çərçivəsində şəhərin müxtəlif orta ümumtəhsil məktəblərindən olan 40 şagird parta arxasında öyrəndiklərini, mətbuat və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevriləcəklər.
Tur-aksiya həmçinin gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşdırılmasında, tədrisdə əldə edilən nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayacaq, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır.