...

“Hər kağızı bir yarpağa dəyişək"

Cəmiyyət Materials 16 Noyabr 2015 12:30 (UTC +04:00)
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək olaraq “Sevimli Bala” Şahmat və İncəsənət klubu tərəfindən 19 sentyabr – 2 noyabr tarixində keçirilmiş sosial aksiyanın yekun mərasimi baş tutub.
“Hər kağızı bir yarpağa dəyişək"

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

"Hər kağızı bir yarpağa dəyişək" layihəsinə dəstək olaraq "Sevimli Bala" Şahmat və İncəsənət klubu tərəfindən 19 sentyabr - 2 noyabr tarixində keçirilmiş sosial aksiyanın yekun mərasimi baş tutub.

"Hər kağızı bir yarpağa dəyişək" layihəsi IDEA İctimai Birliyi, "ASAN xidmət" və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantılarının toplanmasına həsr olunub.

Trend-in məlumatına görə, aksiya çərçivəsində "ASAN xidmət" mərkəzlərinə ən çox kağız tullantısı təhvil verən kiçik vətəndaşlar "Sevimli Bala" tərəfindən təşəkkürnamə və hədiyyə əldə ediblər.

Bunun üçün kağız tullantısı təhvil verən zaman kiçik vətəndaşlarımız öz şəkillərini çəkib Facebook və Instagram üzərindən paylaşaraq #IDEApublicunion #ASANxidmat #Sevimlibala #YashilASAN qeyd ediblər.

Qeyd edək ki, kağız tullantılarını istənilən "ASAN xidmət" mərkəzlərinə təhvil verə bilərsiniz. Ətraflı məlumat üçün 108 (Çağrı Mərkəzi) ilə əlaqə yaratmağınız xahiş olunur.

#IDEApublicunion #ASANxidmat #Sevimlibala #YashilASAN

Məqalədə:
Xəbər lenti

Xəbər lenti