...

Elektron dərslikdən istifadə edənlərin sayı artıb

Cəmiyyət Materials 17 Noyabr 2015 13:49 (UTC +04:00)
Yalnız noyabr ayının ilk 2 həftəsində Azərbaycanda 20.000-nə yaxın məktəbli dərslərini elektron dərslikdən oxuyaraq öyrənib.
Elektron dərslikdən istifadə edənlərin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Yalnız noyabr ayının ilk 2 həftəsində Azərbaycanda 20.000-nə yaxın məktəbli dərslərini elektron dərslikdən oxuyaraq öyrənib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagird və müəllimlərin, eləcə də valideynlərin elektron dərsliklərə olan marağı hər ay nəzərə çarpacaq dərəcədə artır.

Sentyabr ayında www.e-derslik.edu.az portalından 25.000 nəfər istifadə edibsə, oktyabr ayında portaldan yararlananların sayı ölkə üzrə 33.000 nəfəri keçib. Noyabr ayının ilk 2 həftəsində isə bu rəqəm artıq 20.000 istifadəçiyə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti