...

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin VIII Plenumu keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2015 12:36 (UTC +04:00)
Noyabrın 18-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) VIII Plenumu keçirilib.
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin VIII Plenumu keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) VIII Plenumu keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, plenumu giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov çıxış edərək, Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni mərhələnin başlanmasından, qısa zaman ərzində həyata keçirilən irihəcmli layihələrdən, bütün bu işlərdə MHİRK-in Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyətindən danışıb.

Sonra VIII Plenumun gündəliyində duran "Əməkçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında həmkarların rolu haqqında" məsələ ilə bağlı Komitənin təşkilat şöbəsinin müdiri Samir Böyükzadə məruzə edib. O, dəmiryolçuların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının qarşısının alınması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsinin təşkili, dəmiryolçuların sosial-iqtisadi problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, hələ də mövcud olan problemlərdən danışıb.

Plenumun sonunda "Əməkçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında həmkarların rolu haqqında" məsələ ilə bağlı VIII Plenumun qərar layihəsi oxunub.

Plenumun işində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti