...

Milli Məclisin komitə sədrləri jurnalistlərlə görüşəcək

Cəmiyyət Materials 27 Noyabr 2015 13:20 (UTC +04:00)
Parlament Jurnalistləri Birliyi (PJB) gələn həftədən etibarən Milli Məclisin yeni seçilmiş komitə rəhbərləri ilə görüşlər keçiricək. Bu barədə PJB sədri Elşad Eyvazlı məlumat verib.
Milli Məclisin komitə sədrləri jurnalistlərlə görüşəcək

Bakı. Trend:

Parlament Jurnalistləri Birliyi (PJB) gələn həftədən etibarən Milli Məclisin yeni seçilmiş komitə rəhbərləri ilə görüşlər keçiricək. Bu barədə PJB sədri Elşad Eyvazlı məlumat verib.

"Milli Məclisdə komitələrin sayı 15-ə çatıb. Qərarlaşdırdıq ki, komitə rəhbərləri ilə jurnalistlər arasında daha sıx əlaqə qurmaq məqsədilə onların görüşünü təşkil edək. KİV nümayəndələri ilə keçiriləcək bu görüşlərdə Milli Məclisin komitə rəhbərlərinə görəcəkləri işlər, qanunvericilik sahəsində edəcəkləri yeniliklərlə bağlı suallar ünvanlanacaq. Diskussiya şəraitində keçiriləcək görüşlərdə komitə rəhbərləri sözsüz ki, jurnalistlərin digər suallarını cavablandıracaqlar".


Qeyd edək ki, Milli Məclisin komitə rəhbərləri ilə Parlament Jurnalistləri Birliyinin silsilə görüşləri əvvəlki illərdə də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti