...

"Günəşli" yatağında yanan neft quyuları tam söndürüldü

Cəmiyyət Materials 17 Dekabr 2015 12:48 (UTC +04:00)

Bakı. Trend:

"Günəşli" yatağındakı yanan 10-cu özüldə neft quyuları tam söndürülüb. Bunu Trend-ə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, bu, mümkün neft dağıntılarına görə ekoloji fəlakətin qarşısını tam almağa imkan verdi.

Yanan qaz quyularının söndürülməsi yekun mərhələdədir.

N.Quliyev bildirib: "Biz onları qısa müddət ərzində söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platforma yenidən qurulacaq. Bundan sonra quyular yenidən istismara veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti