...

Bayram günlərində 21 yol qəzası baş verib, 7 nəfər həlak olub

Cəmiyyət Materials 5 Yanvar 2016 13:37 (UTC +04:00)
Bayram günlərində Azərbaycanın avtomobil yollarında 21 yol qəza hadisəsi baş verib.
Bayram günlərində 21 yol qəzası baş verib, 7 nəfər həlak olub

Bakı. Samir Məmmədov - Trend:

Bayram günlərində Azərbaycanın avtomobil yollarında 21 yol qəza hadisəsi baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisələr nəticəsində 7 nəfər dünyasını dəyişib.

Məlumata görə, yanvarın 1-dən 4-dək olan müddətdə respublikanın avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Ötən il dekabrın 31-də isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 10 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti