...

FHN-in Tacikistana göndərdiyi humanitar yardım ünvana çatdırılıb (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2016 15:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2015-ci ilin dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınmış, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv.m dam örtüyü (dəmir şifer) və 30 kubmetr taxta daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti