...

20 yanvarda lokomotivlər həyəcan fiti verəcək

Cəmiyyət Materials 18 Yanvar 2016 16:29 (UTC +04:00)

Bakı. Trend:

20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, Tədbirlər Planına əsasən, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olmuş və yaralanmış dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

Yanvarın 20-si saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti