...

AMEA-nın vitse-prezidenti: "Yeni çağırışları mütləq nəzərə almalıyıq"

Cəmiyyət Materials 27 Yanvar 2016 17:03 (UTC +04:00)
“Biz Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi çağırışları öz fəaliyyətimizdə mütləq nəzərə almalıyıq”.
AMEA-nın vitse-prezidenti: "Yeni çağırışları mütləq nəzərə almalıyıq"

Bakı. İlhamə İsabalayeva - Trend:

"Biz Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi çağırışları öz fəaliyyətimizdə mütləq nəzərə almalıyıq".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bütün təşkilatlar mütləq əlavə investisiyalar cəlb etməlidir: "Hesab edirəm ki, Təhsil Nazirliyi də, AMEA da bu hüquqa malik olmalıdır. Hətta düşünürəm ki, "Elm haqqında" qanun layihəsində Təhsil Nazirliyi, AMEA və digər qurumlara əlavə investisiyaların hansı münasib qaydada cəlb olunması barədə müddəaları daha da qüvvətləndirməliyik. Prezidentin çıxışından sonra sənədə yeni müddəalar da əlavə etməliyik. Biz yeni çağırışları mütləq nəzərə almalıyıq".

İ.Həbibbəyli əlavə edib ki, indiyədək yalnız Bakıda və Sumqayıtda texnoparkların yaradılması üçün işlər aparılırdı: "Amma artıq Azərbaycan Prezidenti İlham Əliyev rayonlarda da bu şəkildə texnoparkların yaradılması, elmi fəaliyyəti özündə ehtiva edən qurumların fəaliyyəti barədə tapşırıqlar verib. Bizim qanunvericiliyimiz zamana, dövrə, ölkə siyasətinə, ölkə reallığına, onun inkişafına xidmət etməlidir. Biz də buna çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti