...

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böhranlı vəziyyətdən az itkilərlə çıxacaq"

Cəmiyyət Materials 28 Yanvar 2016 16:50 (UTC +04:00)
Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb.
"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böhranlı vəziyyətdən az itkilərlə çıxacaq"

Bakı. Trend:

Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçiciləri ilə növbəti görüşünü keçirib.

Əvvəlcə qlobal böhran şəraitində ölkədəki vəziyyət, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə və toplantılar haqqında məlumat verən deputat deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böhranlı vəziyyətdən az itkilərlə çıxacaq: "Ötən gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev bir daha qeyd edib ki, dünya iqtisadiyyatı hələ ki böhrandan çıxa bilmir. Avropada həm iqtisadi böhran yaşanır, həm də miqrantlarla bağlı vəziyyət gərginləşir. Eyni zamanda, Avropada vəziyyət o qədər mürəkkəbdir ki, Almaniya miqrasiya axını qarşısında aciz duruma düşüb, Fransada fövqəladə iqtisadi və sosial vəziyyət yaranıb və işsizlik artıq yarım milyon insanı əhatə edir, Yunanıstanda bütün sosial, iqtisadi, siyasi və maliyyə sferaları böhran içindədir, İspaniya, İtaliya və Portuqaliyanın da maliyyə problemləri kəskinləşib, Şərqi Avropa dövlətləri isə kəskin problemlərə düçar olublar. Bundan başqa, Çin, Braziliya, Rusiya, Argentina, Türkiyə, Qazaxıstan kimi dövlətlər də ciddi çətinliklərlə üzləşiblər. Ermənistan və Gürcüstanın vəziyyəti isə ümumiyyətlə deyiləsi deyil. Məhz bu cür vəziyyətdə Yaxın və Orta Şərq ölkələrində müharibələr davam edir, günahsız insanlar evlərini tərk edərək başqa ölkələrə üz tutmaq məcburiyyətində qalıb. Amma bütün bunların fonunda Azərbaycanda siyasi vəziyyət sabitdir, sosial-iqtisadi sektorda insanların rifahının yüksəldilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir. Maaşlar, təqaüdlər, pensiyalar Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə artırılır, gələcəkdə bu məsələlərə yenidən baxılması da nəzərdə tutulur".

S.Vəliyeva seçicilərinin diqqətinə çatdırıb ki, böhranın ölkə əhalisinə daha böyük təsirinin qarşısını almaq üçün hökumət daha çevik siyasət həyata keçirir: "Prezident İlham Əliyev yeni iş yerlərinin yaradılmasına göstəriş verib. Avropa ölkələri ilə müqayisədə işsizliyin vəziyyəti hələ ki qənaətbəxşdir. Amma göründüyü kimi Prezident İlham Əliyev belə bir vəziyyətlə barışmır və insanların yeni iş yerləri ilə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verir. Neftin qiymətinin 4 dəfə aşağı düşməsinə baxmayaraq, insanlarımızın normal yaşayışı üçün bütün zəruri layihələr həyata keçiriləcək. Təbii ki, bütün bunlar ona görə baş tutur ki, xalq-iqtidar birliyi ilə Azərbaycanda ictimai-siyasi sabitlik qorunur. Prezident İlham Əliyev qeyd edir ki, "bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin".

Seçicilər də öz növbələrində, daim Prezident İlham Əliyevin siyasətinə dəstək olduqlarını bildiriblər.

Sonra millət vəkili seçicilərinin müraciətlərinə baxıb. Müraciət edən seçicilərin əksəriyyəti sosial problemləri ilə bağlı fikirlərini diqqətə çatdırıblar. İşlə təminatla bağlı müraciət edən seçicilərin probleminə yerindəcə reaksiya verilib.

Görüşdə iştirak edən rayon Məşğulluq İdarəsinin və Əhalinin Sosial Müdafiə Mərkəzinin nümayəndələri müraciətlərin müsbət həlli üçün müfaviq təkliflərini veriblər.

Qeyd edək ki, deputatın seçiciləri ilə görüşləri həm qərargahda, həm də səyyar şəkildə ayrı-ayrı məhəllələrdə baş tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti