...

Ötən il 52 dini icma dövlət qeydiyyatından keçib

Cəmiyyət Materials 29 Yanvar 2016 17:45 (UTC +04:00)
Ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 52 dini icma dövlət qeydiyyatından keçib.
Ötən il 52 dini icma dövlət qeydiyyatından keçib

Bakı. Trend:

Ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 52 dini icma dövlət qeydiyyatından keçib.

Trend-in məlumatına görə, bunu yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclasında komitənin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, həmin dini icmalardan 49-u İslam, 3-ü qeyri-islam təmayüllü dini icmadır: "Qeydiyyata alınmış dini qurumların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti