...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən bir qismi niyə aktiv deyil?

Cəmiyyət Materials 5 Fevral 2016 18:10 (UTC +04:00)
ƏƏSMN "Elektron hökumət" portalı üzərindən aşağıdakı 7 adda elektron xidmətləri təqdim edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən bir qismi niyə aktiv deyil?

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təqdim etdiyi mövcud elektron xidmətlərdən bir qisminin aktiv olmaması bu qurumda aparılan islahatlarla bilavasitə bağlıdır.

Trend-in məlumatına görə, "Elektron hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bildirir ki, aparılan yeni islahatlara uyğun olaraq həmin xidmətlər üzərində vətəndaşların daha asan və rahat formada istifadəsinə uyğunlaşdırılması üçün texniki təkmilləşdirmə işləri aparılır.

Hazırda ƏƏSMN-in "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi 7 elektron xidmət tam şəkildə işləkdir və vətəndaşların istifadəsindədir. Qeyd edək ki, təkcə yanvar ayı ərzində qurumun təqdim etdiyi 7 xidmətə 174 708 dəfə müraciət edilib.

Xatırladaq ki, ƏƏSMN "Elektron hökumət" portalı üzərindən aşağıdakı 7 adda e-xidmətləri təqdim edir:

• İş yerinə dair arayış
• Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi
• İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru
• Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator
• Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi
• Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti