...

Nazirlik: Kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib

Cəmiyyət Materials 9 Fevral 2016 12:04
Kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib.
Nazirlik: Kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayev - Trend:

Kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 8 fevral 2016-ci il tarixində gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün ETSN-ə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.

Xatırladaq ki, 8 fevral 2016-ci il tarixində gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri "Toyota Prado" markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

İmişli rayon xəstəxanasının baş həkiminin müavini Fərahim Məlikov isə bu gün Trend-ə bildirib ki, İmişlidə yol qəzasına düşərək yaralanan Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabinin vəziyyəti kafi qiymətləndirilir. 26 yaşlı Qətər vətəndaşı yüngül xəsarətlər alıb, onun sol çiyni sıyrılıb, boynu əzilib. Xəstədə heç bir sınıq qeydə alınmayıb. O, bu gün xəstəxanadan çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti