...

"Parlaq Zəka" da Anarın yaradıcılığı (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2016 12:50 (UTC +04:00)
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi.
"Parlaq Zəka" da Anarın yaradıcılığı (FOTO)

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "Anar" mövzusunda olan mübarizələrini izlədilər.

Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Tibb Universiteti nin tələbəsi İsmayıl Əliyev, sarı yolda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Soltan Muradov, yaşıl yolda isə Bakı Dövlət Universitetinin tələbəsi Gülşən Sultanlı mübarizə apardı. Bu qarşılaşmanın qalibi təəssüf ki, olmadı.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti