...

"Azərpoçt" MMC-nin sabiq rəhbərinin həbs müddəti uzadıldı

Cəmiyyət Materials 18 Fevral 2016 09:41 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq baş direktoru Qəmbər Bəybalayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
"Azərpoçt" MMC-nin sabiq rəhbərinin həbs müddəti uzadıldı

Bakı. Samir Əli - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq baş direktoru Qəmbər Bəybalayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend-in məlumatına gorə, Səbail rayon Məhkəməsinin qərarı ilə Q.Bəybalayev barəsində seçilmiş həbs qərarının müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, Q.Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Q.Bəybalayevə qarşı Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti